941752fb-7ace-4456-806b-0fce9e655bd3..jpg

Məşhur Hollivud aktyoru keçmiş həyat yoldaşına qarşı məhkəmədə qalib gəlib – FOTO

Baxış sayı: 524 dəfə baxılıb.

Məşhur Hollivud aktyoru keçmiş həyat yoldaşına qarşı məhkəmədə qalib gəlib –
FOTO

Kevin Kostner keçmiş həyat yoldaşı Kristin Baumqartnerə qarşı məhkəmədə mühüm
qələbə qazanıb. 68 yaşlı aktyor Santa Barbarada baş tutmuş məhkəmə prosesinin
nəticələrinə əsasən uşaqlar – 16 yaşlı Kayden, 14 yaşlı Heyz və 13 yaşlı Qreys
üçün ayda 63 209 dollar alimentin ödənilməsi təyin edilib.

İyul ayında ilkin dinləmə çərçivəsində məhkəmə aylıq 129 755 dollar ödəməyi
Kevin Kostnerin öhdəsinə qoyub. Daha sonra 49 yaşlı Kristin Baumqartner
“uşaqların öyrəşdiyi həyat tərzinin təmin edilməsi zərurətini” əsas gətirərək
bu məbləğin 175 057 dollara çatdırılması üçün sorğu ilə müraciət edib.

Kevin Kostner özü bildirib ki, keçmiş arvadı pulun əsas hissəsini uşaqlara
deyil, özünə, o cümlədən bahalı alış-verişə xərcləyir.

“Mən məhkəmənin məni uşaqlarımın və Kristinanın ehtiyaclarından artıq olan
aliment ödəməyə məcbur etdiyinə görə narahatam” -, deyə aktyor cümə günü
məhkəmədə təqsirləndirilən şəxs qismində çıxışında bildirib.

Öz növbəsində, Kristin Kevin Kostnerin 145 milyon dollarlıq malikanəsini
nəzərdə tutaraq, təkidlə “uşaqların okeana çox bağlı olduqlarını və sörf
avadanlıqlarının sudan cəmi 50 addım məsafədə olmasına öyrəşdiklərini” bildirib.

Boşanmanın təşəbbüskarı 2023-cü ilin mayında məhkəməyə müvafiq ərizə ilə
müraciət edən Kristin olub. Lakin o, uzun müddət münasib ev tapmaq lazım
olduğunu əsas gətirərək ərinin evindən çıxmaqdan imtina edib. O, daha əvvəl
malikanənin ərazisində daha kiçik bir evdə yaşayıb, sonra ayda 40 min dollara
kirayə verilən evə köçüb.

Mənbə: kinonews.ru

Source link