571a0e3f-39bb-4a27-a9f7-11ea8e7cbb1a..jpg

Məşhur Hollivud aktyoru “Oskar” gecəsinə özündən 31 yaş kiçik həyat yoldaşı ilə gəldi – FOTO

Baxış sayı: 480 dəfə baxılıb.

Məşhur Hollivud aktyoru “Oskar” gecəsinə özündən 31 yaş kiçik həyat yoldaşı
ilə gəldi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur Hollivud aktyoru Nikolas Keyc uzun müddət sonra ilk dəfə gənc həyat
yoldaşı Riko Şibata ilə ictimaiyyət qarşısına çıxıb.

60 yaşlı Nikolas Keyc və 29 yaşlı Riko Şibata 96-cı “Oskar” mükafatlandırma
mərasiminə birlikdə qatılıblar. Aktyor və həyat yoldaşının geyimi də diqqət
mərkəzində olub.

Nikolas Keyc və Riko Şibata 2019-cu ildə aktyorun Tokioda çəkilişləri zamanı
tanış olublar. Hollivud aktyoru koronavirus pandemiyasının qızğın vaxtında
“FaceTime” üzərindən sevgilisinə evlilik təklifi edib və onlar 2021-ci ilin
fevral ayında evləniblər. Təmtəraqlı məclisə üstünlük verməyən cütlük
Las-Veqasdakı “Wynn” hotelində kiçik bir mərasim təşkil ediblər.

Bir il sonra Nikolas Keyc və Riko Şibatanın bir qızı dünyaya gəlib və ona
Avqusta Françeska Koppola Keyc adını veriblər.

Mənbə: Gazeta.ru

Source link