Məşhur hotelin avtobuslarını satıb pulunu mənimsəyən şəxslərdən xəbər var
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Şabran rayonunda fəaliyyət göstərən “Yeni Qalaltı Hotel Company” MMC-yə məxsus
pul vəsaitlərinin mənimsənilməsi faktı bağlı rayon prokurorluğunda aparılmış
cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Bu barədə Şabran Rayon Prokurorluğu məlumat yayıb.
İstintaqla cəmiyyətin işçiləri Seyfəddin Cəfərli və Ehtiram İbrəhimovun
qabaqcadan əlbir olan bir qrup şəxs halında onlara etibar edilən MMC-yə məxsus
2 ədəd “Hyundai County” markalı avtobusu ümumilikdə 121 min 400 manata sataraq
əldə olunan pul vəsaitlərini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Seyfəddin Cəfərli və Ehtiram İbrəhimov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli
miqdarda mənimsəmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq
barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi
baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İbtidai istintaq zamanı MMC-yə vurulmuş ziyanın 75 min manat hissəsinin
ödənilməsi təmin edilib.