“Monako” futbol klubunun rəhbərliyi gözlənilməz addım atıb.
ÇıxışYolu.Com xəbər verir ki, knyazlıq təmsilçisi Almaniyanın “Şalke” klubundan 37 yaşlı futbolçunu transfer edib.
Braziliyalı Naldo ilə 2020-ci ilin iyun ayınadək müqavilə imzalanıb.
Bu qərar mütəxəssislər tərəfindən birmənalı qarşılanmayıb.
Qeyd edək ki, Tyerri Anrinin baş məşqçisi olduğu “Monako” hazırda Fransa çempionatında 19-cu yerdə qərarlaşıb.