2d930caf-fe08-42ed-bc5f-1304fcb5f91b..jpg

Məşhur məşqçi “Qarabağ”ı nümunə göstərdi

Baxış sayı: 896 dəfə baxılıb.

Məşhur məşqçi “Qarabağ”ı nümunə göstərdi

AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan
Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko rəqiblərini dəyərləndirib.

37 yaşlı çalışdırıcı “Kicker”ə müsahibəsində rəqibləri qiymətləndirməyin vacib
olduğunu deyib və “Qarabağ”ın Konfrans Liqasının ilk matçında “Gent”ə qalib
gəlməsini nümunə göstərib:

“Avstriya noyabrda İtaliyanın əsas heyətinə qalib gəlib. Onların Bundesliqada
oynayan futbolçuları çoxdur. İsveç də çox güclüdür. Ümumiyyətlə, asan rəqib
yoxdur. Cəmi dörd həftə əvvəl Konfrans Liqasında “Gent”in “Qarabağ”a 0:1 hesabı
ilə məğlub olduğu zaman Azərbaycanda baş verənləri hər kəs gördü. Onlar növbəti
mərhələyə yüksələ bilərdilər. Seçmə mərhələ parkdakı yürüş kimi olmayacaq”.

Azərbaycan millisi Belçikaya qarşı ilk oyununu sentyabrın 9-da evdə keçirəcək.
Səfər matçı isə noyabrın 19-da baş tutacaq.

Source link