Məşhur məşqçinin doqquz yaşlı qızı xərçəngdən vəfat etdi

Baxış sayı: 2. 063 dəfə baxılıb.

Məşhur məşqçinin doqquz yaşlı qızı xərçəngdən vəfat etdi

Futbol üzrə İspaniya yığmasının və “Barselona” klubunun keçmiş baş məşqçisi Luis Enrikenin doqquz yaşlı qızı xərçəngdən ölüb.

NTV xəbər verir ki, bu barədə L.Enrike özünün “Twitter” səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, qızı Ksana sümük xərçəngindən əziyyət çəkib və beş ay bu xəstəliklə mübarizə aparıb.

Baş məşqçi sosial şəbəkədə qızı ilə bağlı təsirli paylaşım edib:

“Sənin üçün çox darıxacağıq, ancaq gələcəkdə görüşəcəyimiz ümidilə həyatımızın hər günü səni xatırlayacağıq. Ailəmizə öncüllük edən ulduzumuz olacaqsan”.