93ee0417-709a-4bf9-939f-08100605b404..jpg

Məşhur model Cici Hadid ailə qurur – FOTO

Baxış sayı: 446 dəfə baxılıb.

Məşhur model Cici Hadid ailə qurur – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir müddətdir tanınmış aktyor Bredli Kuperlə sevgili olan dünyaca məşhur model
Cici Hadid ailə qurur.

Qeyd olunur ki, cütlük münasibətlərini ciddiləşdirmək qərarına gəlib.

Belə ki, “Snayper”, “Limitsiz” və “Trickster” filmləri ilə tanınan Bredli
Kuper sevgilisi ilə anası Qloriya Kampanonu bir araya gətirib. Onların Santa
Monikadakı bir restoranda nahar etməsi cütlüyün münasibətlərinin ciddiliyi ilə
bağlı fikirləri təsdiqləyib.

Qeyd edək ki, Cici Hadid daha əvvəl uzun müddət müğənni Zeyn Maliklə sevgili
olub. Belə ki, onların bu münasibətdən 2021-ci ildə bir qızları dünyaya gəlib.
28 yaşlı model daha sonra isə Leonardo Di Kaprio ilə birlikdə idi.

Bredli Kuperin isə model İrina Şeyklə münasibətindən 6 yaşlı Lia De Seyn adlı
bir qızı var. Cütlük ayrılsa da, tez-tez görüşür və tətilə çıxırlar.

Mənbə: time.news

Source link