Məşhur model podiuma çıxan tamaşaçını döydü

Məşhur model podiuma çıxan tamaşaçını döydü

Baxış sayı: 2. 530 dəfə baxılıb.

Məşhur model podiuma çıxan tamaşaçını döydü

Paris Moda Həftəsi çərçivəsində dünya şöhrətli “Chanel” brendinin təqdimat gecəsində qalmaqallı və kuryoz hadisə baş verib.

Belə ki, “Chanel”in yeni kolleksiyasının təqdimatı zamanı tamaşaçılardan biri səhnəyə qalxaraq modellərin sırasına qatılıb. Podiuma qalxan qız heç bir şey olmamış kimi modellərlə birlikdə səhnədə yürüyüb. Diqqət çəkən məqam isə, həmin qızın “Chanel”in təqdim etdiyi üslubda – dama-dama kostyum geyməsi və eyni tərzli papaq taxması olub.

Bunu görən mühafizəçilər podiuma qalxaraq, qızı səhnədən uzaqlaşdırmağa çalışıblar. Amma supermodel Gigi Hadid onları qabaqlayaraq qızla bir neçə saniyəlik əlbəyaxaya çıxıb. Qızı çiynindən tutan Gigi onu podiumdan itələyərək, səhnədən uzaqlaşdırmağa nail olub. Həmin hadisə kameraların yaddaşına həkk olunaraq, sosial şəbəkələrə yayılıb.

Şouya qatılan NYT moda direktoru Vanessa Fridmen, “Chanel”in şousunda yaşanan bu hadisənin “ən yaxşı final videosu” olduğunu öz “Tvitter” hesabında qeyd edib.

Rəşad Əliyev