Tayvan əsilli kanadalı məşhur aktyor və model Qodfri Qao çəkiliş meydançasında ölüb.
Bu barədə CNN xəbər yayıb.
Məlumata görə, Çində “Chase Me” realiti şousu zamanı 35 yaşlı Qodfri qəfil huşunu itirib. O, dərhal xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb: aktyor üç saatdan sonra vəfat edib.
Qeyd edək ki, “Chase Me” realiti şousunda məşhur insanlar fiziki hazırlıq tələb edən müxtəlif sınaqlarda sadə vətəndaşlarla yarışırlar.
Aktyor Böyük Çində və onun sərhədlərindən kənarda da məşhur olub. O, həmçinin, dəbli “Louis Vuitton” brendini reklam edən ilk asiyalı idi.
Qao “Mortal Instruments: City of Bones” filmində Lena Hidi və Lili Kolinzlə bir yerdə iştirak edib. Bundan başqa, o, “Shanghai Fortress” elmi-fantastik eposunda çəkilib.