964ccef8-02b5-40e7-a041-3b3977c14545..jpg

Məşhur müğənni Daşkənddən Bakıya velosipedlə gəldi – FOTO

Baxış sayı: 498 dəfə baxılıb.

Məşhur müğənni Daşkənddən Bakıya velosipedlə gəldi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur özbək opera müğənnisi, “Registan” ansamblının rəhbəri Xursand Şerov
Daşkənddən Bakıya yenidən velosipedlə gəlib. Ümumilikdə beş min kilometrdən çox
məsafə qət edən əfsanəvi ifaçı bu yürüşünü SSRİ və Azərbaycanın xalq artisti
Müslüm Maqomayevin xatirəsinə həsr edib.

Qeyd edək ki, bu, Şerovun Özbəkistan və Azərbaycanın bayraqları ilə vətəni
Daşkənddən Qazaxıstan, Qırğızıstan və Rusiyadan keçməklə Müslüm Maqomayevin
şərəfinə təşkil etdiyi dördüncü veloyürüşdür.

O, Bakıya gələrkən ənənəvi olaraq müxtəlif şəhərlərdə yaradıcılığının vurğunu
olduğu Müslüm Maqomayevin repertuarı ilə konsertlər verib.

Source link