Məşhur müğənni Elton Con EGOT titulunu qazandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Britaniyalı müğənni Elton Cona bu ilin “Emmi” mükafatı təqdim edildikdən sonra
o, EGOT titulunu qazanıb.
Con görkəmli estrada mükafatına – “Elton Con Live: Farewell from Dodger
Stadium” konsertinə görə mükafatlandırılıb. İndi pop ulduzun bütün “Emmi”,
“Qremmi”, “Oskar” və “Toni” mükafatları var ki, bu da onu nüfuzlu EGOT klubuna
üzv edib. Bu kluba aktrisalar Vupi Qoldberq, Viola Devis, Cennifer Hadson,
müğənni Con Lecend və başqa əfsanələr daxildirlər.
Bundan əvvəl Con 2019-cu ildə “Rocketman” filminə görə ən yaxşı orijinal mahnı
üçün iki “Oskar” qazanıb və ən yaxşı orijinal partitura (“Aida”) üçün “Toni”
mükafatına və altı “Qremmi” mükafatına sahibdir.
Qeyd edək ki, ifaçı dizindən aldığı zədə səbəbindən evdə olduğu üçün “Emmi
2024”də şəxsən iştirak etməyib. Bununla belə, qalibiyyət münasibətilə verdiyi
açıqlamada müğənni karyerası boyu göstərdiyi dəstəyə görə pərəstişkarlarına
təşəkkür edib.
Mənbə: The Guardian