6064643b-583e-48af-95f4-04f0952f59e9..jpg

Məşhur müğənni Maykl Boltonda beyin şişi aşkarlanıb – FOTO

Baxış sayı: 451 dəfə baxılıb.

Məşhur müğənni Maykl Boltonda beyin şişi aşkarlanıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-li müğənni Maykl Boltonda beyin şişi aşkarlanıb.

O, bu barədə öz “Facebook” hesabında yazıb.

Bolton xəstəliyi barədə 2023-cü ilin sonunda öyrənib. Sənətçi bildirib ki,
şişi çıxarmaq üçün təcili olaraq əməliyyat olunub. O, həkimlərə
peşəkarlıqlarına görə təşəkkür edib. Hazırda müğənni evində xəstəlikdən sonra
bərpa prosesini keçir.

“Mən sağalmaq üçün bir neçə aylıq ara verəcəyəm. Bu o deməkdir ki, mən qastrol
səfərinə müvəqqəti fasilə verirəm. Şounun vaxtını dəyişdirmək və ya
pərəstişkarlarımı məyus etmək mənim üçün həmişə çox çətin olub, lakin mən bərpa
prosesini sürətləndirmək və tezliklə səhnəyə qayıtmaq üçün çalışıram”, – deyə
müğənni bildirib.

Qeyd edək ki, Bolton 15 yaşından musiqi ilə məşğuldur. 1975-ci ildə o,
“Michael Bolotin” adlı ilk albomunu buraxıb. 1990-cı ildə müğənninin “How Am I
Supposed to Live Without You” mahnısı “Grammy” mükafatına layiq görülüb.
1992-ci ildə isə “When a Man Loves a Woman” mahnısına görə yenidən mükafat alıb.

Mənbə: gazeta.ru

Source link