Məşhur nəşrdən iddia: “İsrail və HƏMAS yeni atəşkəs razılaşmasına hazırdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“İsrail və HƏMAS atəşkəsi yeniləməyə və girovları azad etməyə hazırdır,
baxmayaraq ki, bunun necə həyata keçiriləcəyi ilə bağlı fikir ayrılıqları
qalır”.
Bu barədə Misirin təhlükəsizlik xidmətindən iki mənbə məlumat verib.
Mənbələrin məlumatına görə, əvvəllər birhəftəlik atəşkəs və girovların azad
edilməsi barədə danışıqlar aparan Misir və Qətər hər hansı danışıqlara
başlamazdan əvvəl yardımın sürətləndirilməsi və “Kerem-Şalom” keçidinin
açılmasında israr ediblər.
İsrail rəsmisi bildirib ki, Misir mənbələri humanitar yardımın
gecikdirildiyini bəyan etdikdən sonra yardımın Qəzzaya daxil olmasına icazə
verilib.
Mənbə İsrailin kəşfiyyat rəhbərinin Qətərin baş naziri ilə danışdığını
dedikdən sonra sülhün əldə ediləcəyi ilə bağlı ümidlər artıb.
HƏMAS birtərəfli qaydada azad ediləcək girovların siyahısının tərtib
edilməsində israr edir və İsrail qüvvələrinin əvvəlcədən müəyyən edilmiş
xətlərdən kənara çəkilməsini tələb edir.
İsrail HƏMAS-ın siyahı fikri ilə razılaşsa da, atəşkəsin vaxtını və nə qədər
davam edəcəyini təyin etməzdən əvvəl vaxt müddətlərinin göstərilməsini və
siyahının nəzərdən keçirilməsini tələb edib. Mənbələr, həmçinin əlavə ediblər
ki, İsrail ərazidən çıxmaqdan imtina edir.
HƏMAS iddia edir ki, atəşkəsə tam şəkildə nail olunması girovların azad
edilməsi üçün əsas şərtdir.
“Bunu aydınlaşdırmaq mənim üçün vacibdir ki, İsrail Müdafiə Qüvvələri HƏMAS-ın
darmadağın edilməsi tapşırığını başa çatdırmaqda qərarlıdır”, – deyə İsrail
ordusunun nümayəndəsi, kontr-admiral Daniel Haqari mətbuat konfransında
bildirib.
Mənbə: “Reuters”