c868a165-d3f1-4ff1-b4d1-05d48f3362d1..jpg

Məşhur pilotlar Bakıda azarkeşlərlə görüşüblər – FOTOREPORTAJ

Baxış sayı: 695 dəfə baxılıb.

Məşhur pilotlar Bakıda azarkeşlərlə görüşüblər – FOTOREPORTAJ

“Formula-1” üzrə dünya çempionatında çıxış edən “Ferrari” pilotları Şarl
Lekler və Karlos Sayns Azərbaycan Qran-prisi ərəfəsində fanatları ilə
görüşüblər.

“Report”un məlumatına görə, sürücülərlə azarkeş zonasındakı görüşdə yüzlərlə
tərəfdar iştirak edib.

Məşhur idmançılar bu görüşün onlar üçün xoş olduğunu söyləyiblər. Pilotlar
daha sonra azarkeşlərə avtoqraf veriblər.

Qeyd edək ki, bu gün “Formula-1”də sprint yarışı təşkil olunacaq. Ötən gün
Şarl Lekler sıralama turunda birinci olub.

Azərbaycan Qran-prisi aprelin 30-da başa çatacaq.

Source link