Türkiyə millisinin və “Fənərbaxça”nın sabiq futbolçusu Volkan Dəmirəl karyerasını başa vurub.
ÇıxışYolu.Com xəbər verir ki, 37 yaşlı qapıçı klubla yeni, fərqli müqavilə bağlayıb.
O, bundan sonra “Fənərbaxça”nın məşqçilər korpusunda yer alacaq.
Qeyd edək ki, 2002-2019-cu illərdə “Fənərbaxça”da çıxış edən qapıçı 5 çempionluq, 2 kubok, 3 Superkubok qazanıb, 2004 – 2014-cü illərdə formasını geyindiyi milli ilə Avropa çempionatının bürünc mükafatçısı olub.