576f0007-a73b-4bc6-a517-c45f303a7de3..jpg

Məşhur qatil cütlük dünyada ən reytinqli oyunun növbəti ssenarisi oldu – FOTO/VİDEO

Baxış sayı: 407 dəfə baxılıb.

Məşhur qatil cütlük dünyada ən reytinqli oyunun növbəti ssenarisi oldu –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rockstar Games” studiyası “Grand Theft Auto” (GTA) seriyasındakı yeni oyunun
ilk treylerini yayımlayıb. Video sızma səbəbindən planlaşdırılandan bir neçə
saat əvvəl yayımlanıb və “YouTube”da cəmi 9 dəqiqə ərzində bir milyon bəyənmə
toplayıb (hazırda 5,6 milyon).

Oyunun 2025-ci ildə çıxacağı vəd edilir.

“GTA VI” seriyasındakı hadisələr qondarma Leonid dövlətində cərəyan edəcək,
Vays Siti (Vice City) onun şəhərlərindən biri olacaq.

Oyun tarixində ilk dəfə əsas personajlardan biri qadındır. Qəhrəmanların
adları Lusiya və Ceysondur. Süjet qatil cütlükdən bəhs edən “Boni və Klayd”
hekayəsinə əsaslanır.

Qeyd edək ki, 2013-cü ilin sentyabrında buraxılan “GTA V” seriyası dünyanın ən
populyar oyunlarından biri olub – 10 il ərzində 160 milyondan çox nüsxə satılıb.

“Rockstar Games” studiyası və “Netflix” yayım xidməti “GTA” remasterlərinin
trilogiyasını smartfonlarda buraxmağa razılaşıb. İstifadəçilər onları “App
Store”, “Google Play” və “Netflix” xidmətinə daxil edilmiş rəqəmsal mağazadan
endirə biləcəklər.

Mənbə: 360tv.ru


Source link