a4da9288-d8b6-4e0f-8e85-ce8f8829946a..jpg

Məşhur qrupdan San-Fransiskonun ən hündür qülləsində ölüm rəqsi – FOTO/VİDEO

Baxış sayı: 451 dəfə baxılıb.

Məşhur qrupdan San-Fransiskonun ən hündür qülləsində ölüm rəqsi – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

San-Fransisko sakinləri möhtəşəm olduğu qədər təhlükəli hadisənin şahidi
olublar. Belə ki, ABŞ-də tanınmış “Bandaloop” rəqs qrupunun üzvləri şəhərin ən
hündür binası olan “Transamerica” Piramidasının divarında şaquli vəziyyətdə
rəqs ediblər.

Sakinlər əvvəlcə binanın üzərində narıncı kombinezonlardakı trionu görəndə
heyrətə gəliblər. Az sonra bunun sadəcə qrup üzvlərinin rəqsi olduğu
aydınlaşıb. Bununla belə sakinlər narahatlıqlarını gizlədə bilməyiblər. Onlar
qrupun bu fəaliyyətini “ölüm rəqsi” kimi qiymətləndiriblər.

O da vurğulanır ki, qrupun bu fəaliyyəti heç bir nümayişin və ya aksiyanın bir
hissəsi olmayıb.

Qeyd edək ki, “Transamerica” Piramidası dünyanın ən hündür binaları
siyahısında altıncı yerdədir.

Mənbə: Dailymail.co.uk


Source link