b0d5dacb-33c3-455d-92ad-e45bfc47b47a..jpg

Məşhur rəqqasə: “Məni heç bir “hacı” Fatimə etməyib”

Baxış sayı: 737 dəfə baxılıb.

Məşhur rəqqasə: “Məni heç bir “hacı” Fatimə etməyib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yayda konsert etmək istəyirəm. Amma çox maddiyyat tələb edir. Mən isə pulu öz
problemlərimin həllinə sərf edirəm. Sənət öz yerində, amma heyif ki, biz öz
rəqsimizə, sənətimizə dəyər vermirik. Rəqsi yaşadanı görən yoxdur. Bunu da
görəndə passivləşirəm”.

Bu sözləri Axşam.az-a açıqlamasında rəqqasə Fatimə Fətəliyeva deyib. Konsert
arzusu olan sənətçi bunun çox pul tələb etməsindən danışıb:

“Öz biznesimi də folklorumuza həsr etmişəm. Ora mənim qazanc yerimdir. Ailəm,
özüm üçün işləyirəm”.

Fatimə son günlər sənət adamlarının adlarının “hacı”larla hallanması
məsələsinə də toxunub:

“Səhifələrdə qarşıma çıxır ki, yazırlar şou-biznesdə filankəslər “hacı”larla
tanınıblar. Mədəniyyət sahəsində olanlara bu cür baxmayın. Elə özümdən deyim…
Məni heç bir “hacı” Fatimə etməyib. Ana qarışqa kimi çalışıb bu yerlərə
gəlmişəm. Xoşbəxtəm ki, Allah mənə gözəl ürək verib. Nə qədər pisliklər,
zərbələr görsəm də, insanlara olan sevgim azalmır. Bəzən elə olur ki, sənətdən
küsürsən. Amma sonra deyirəm, yox, Allah mənə güc versin, daha çox iş görüm”.

Source link