1df0c2e2-4611-40d4-9723-c2f4d2c98429..jpg

Məşhur rəqqas intihara cəhd edib? – YENİLƏNİB + FOTO

Baxış sayı: 599 dəfə baxılıb.

Məşhur rəqqas intihara cəhd edib? – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış rəqqas Ramil Həsənov (Qasanov) intihara cəhd etməsi ilə bağlı yayılan
məlumatlara aydınlıq gətirib.

Bu barədə Cixisyolu.com-a açıqlama verən rəqqas intihar cəhdinin olmadığını bildirib:

“Hər şey qaydasındadır. İntihara cəhd etməmişəm. Sadəcə olaraq, kənardan elə
görünüb. İntihara cəhd belə, olmayıb. Kəskin öskürəyimə görə antibiotik qəbul
etdim. Bədənimə əks-təsiri oldu”.

R.Həsənov paylaşımı özünün sildirdiyini söyləyib:

“Antibiotik halımı pisləşdirmişdi. Qardaşım çox qorxub. İşçim zəng edəndə
qardaşım telefonu açıb. Vəziyyətimi ona bildirib. O da deyib ki, “Bir-iki saat
öncə də mənimlə danışmışdı, halallıq istədi”. Bu səbəbdən işçim elə paylaşım
edib. Yanlış anlaşılıb. Bizim aramızda halallıq zarafatı var idi. Çünki bir
neçə problemim var idi. Bu səbəbdən intihar edəcəyimi düşünüb. Lakin belə bir
hal olmayıb. Özümə gələndən sonra paylaşımı sildirdim. Dedim ki, bu nədir,
paylaşmısınız?”

Rəqqas hazırda vəziyyətinin yaxşı olduğunu vurğulayıb:

“Maraqlandığınız üçün təşəkkür edirəm. Şükürlər olsun ki, hər şey yaxşıdır.
Hazırda yayılan qripə yoluxmuşam. Kəskin öskürəyim var idi. Antibiotik qəbul
etdim ki, sağalım. Məni daha da pis hala saldı. Mədəm yuyulub. Ciddi bir
xəstəliyim yoxdur”.

13:24

Tanınmış rəqqas Ramil Qasanovun intihara cəhd etməsi ilə bağlı məlumatlar
yayılıb.

“Olay” yazır ki, sənətçinin səhifəsində bu barədə paylaşım edilib və silinib.
Hekayə bölməsindəki silinən yazılarda isə qeyd olunub:

“Maraqlanan hər kəsə təşəkkürlər, inşallah, Ramil özünə gələcək. Səbəb
intihara cəhddir. Yaxınlarına yazıb, hər kəsdən halallıq istəyib. Daha sonra
başına bu hadisəni gətirib, biz də vaxtında bilmişik. İnşallah, özünə gələr,
sizə hər şeyi danışar. Dua edin”.

Məlumatın doğruluğunu yoxlamaq üçün Qasanovun həmkarı, dostu rəqqasə Rəna
Ağamuradova (Renka) ilə əlaqə saxlanılıb.

Sənətçi bildirib ki, onun da hadisə ilə bağlı dəqiq məlumatı yoxdur. Renka
söyləyib ki, dostlarına və Ramilin özünə zəng etsə də, telefonuna cavab verən
olmayıb.

Nəzrin Vahid

Source link