8a66166b-5a8a-4313-ae24-2111aafbc7d5..jpg

Məşhur rok ifaçı zorlamada ittiham edilir

Baxış sayı: 933 dəfə baxılıb.

Məşhur rok ifaçı zorlamada ittiham edilir

Merilin Menson (Brian Hugh Warner) adı ilə məşhur olan 54 yaşlı amerikalı rok
ifaçı zorlamada ittiham olunur.

Belə ki, o, 1990-cı illərdə bir neçə dəfə yetkinlik yaşına çatmayan qıza
təcavüz və cinsi istismar iddialarına görə yeni bir məhkəmə işi ilə üzləşib.

İddiaçıya görə, müğənni Dallasda konsertdən sonra onu turist avtobusunda
zorlayıb və ələ salıb.

Anonim iddiaçı bildirir ki, Menson 16 yaşından bəri onu dəfələrlə zorlayıb,
ona lağ edib və bu barədə kiməsə deyəcəyi halda ailəsini öldürməklə hədələyib.

İddiada əsas diqqət seksual xarakterli cinayətlərin Mensonun karyerasının
əvvəlində baş verməsinə yönəlib.

Menson karyerasının sonrakı dövrlərində azı 15 qadının təcavüzlə bağlı
iddialarını rədd edib.

Mənbə: Mk.ru

Source link