8e5806f5-a2a3-48d3-9805-63683bdacc90..jpg

Məşhur rok-ifaçısının ekspertizasının gizli nəticələri ölümündən 30 il sonra açıqlandı

Baxış sayı: 663 dəfə baxılıb.

Məşhur rok-ifaçısının ekspertizasının gizli nəticələri ölümündən 30 il sonra
açıqlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Nirvana” qrupunun keçmiş lideri Kurt Kobeynin ekspertizası ilə bağlı hesabat
ölümündən 30 il sonra açıqlanıb.

Sənədləri məşhur ifaçının ölümünü araşdıran özəl detektiv Tom Qrant özünün “X”
hesabında dərc edib.

Qeyd edək ki, Vaşinqton ştatının qanunları bu məlumatın açıqlanmasını qadağan
etdiyi üçün “Nirvana” qrupunun keçmiş liderinin ekspertizasının nəticələri
əvvəllər dərc edilməyib.

1994-cü ildə intihar edən Kobeynin narkomaniyadan əziyyət çəkdiyi məlumdur.
Sənəd Kobeynin intihar edərək öldüyünü təsdiqləyir. Bundan əlavə, hesabata
görə, ölən zaman onun orqanizmində maddələrin qarışığı müəyyən olunub.

Qrant özü bu sənədi necə əldə etdiyini açıqlamayıb.

Mənbə: TMZ

Source link