dc97b9b2-5be6-46a8-a445-dec112be8397..jpg

Məşhur rusiyalı hərbi bloqer Ukraynada mühakimə olundu

Baxış sayı: 493 dəfə baxılıb.

Məşhur rusiyalı hərbi bloqer Ukraynada mühakimə olundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Sumı şəhərində məşhur rusiyalı hərbi bloqer Yuri Podolyaka qiyabi
olaraq 12 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə regional prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Podolyaka təcavüzkar dövlətlə əməkdaşlıq şəraitində Rusiya
Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzünə haqq qazandıran məlumatları
yaymaqda təqsirli bilinib.

Məhkəmə müəyyən edib ki, 48 yaşlı bloqer Sumı şəhərində doğulub və uzun müddət
burada yaşayıb, lakin 2014-cü ildən Rusiya Federasiyasına gedib və hazırda o
ölkənin ərazisindən məlumat yayır.

Hökmdə həmçinin bildirilir ki, Podolyaka özünü müharibənin əsas spikeri
adlandırır və onun sözlərinə görə, ruslara səfərbərlikdə və informasiya
zərbəsinə tab gətirməkdə kömək edir.

Qiyabi hökmdən əlavə, təqsirləndirilən şəxsin Sumı rayonunda yerləşən əmlakına
məhkəmənin qərarı ilə həbs qoyulub.

Mənbə: “Politika stranı” “Telegram”

Source link