a7c61069-1fbf-495f-b760-67f992e3b485..jpg

Məşhur rusiyalı müğənni arvadına mesaj yazdıqdan sonra intihar etdi: TƏFƏRRÜAT + FOTO

Baxış sayı: 393 dəfə baxılıb.

Məşhur rusiyalı müğənni arvadına mesaj yazdıqdan sonra intihar etdi: TƏFƏRRÜAT
+ FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın məşhur opera müğənnisi Yevgeni Kunqurov Moskvada evinin yaxınlığında
ölü tapılıb. Onun üzərində zorakılıq əlamətləri olmayıb.

Bundan əvvəl 40 yaşlı müğənni həyat yoldaşına intihar etmək istəyi ilə bağlı
mesaj göndərib.

Bu barədə mərhumun həmkarı Sergey Penkin xəbər verib.

Onun sözlərinə görə, saat 19:26-da İrina Meledina ərindən mesaj alıb:

“Məni hamamda tapacaqsan”, – deyə ismarışda yazılıb.

Həmin andan İrina ona zəng etməyə çalışsa da, heç kim cavab verməyib. Saat
21:00-da qadın təcili yardım xidmətinə mənzili yoxlamaq xahişi ilə müraciət
edib. Hadisə yerinə gələn həkimlər Kunqurovun ölümünü təsdiqləyiblər.

Qeyd edək ki, cütlük boşanma ərəfəsində olub.

Bir sıra mənbələrdən əldə edilən məlumata görə, Kunqurovun psixi problemləri
olub və depressiyaya düşüb. O, psixiatr qeydiyyatında olmasa da, pullu
klinikada müşahidə olunub.

Rusiya, Çeçenistan və İnquşetiyanın Əməkdar artisti Yevgeni Kunqurov
Kalininqrad Musiqili Teatrının daimi solisti və Yeni Opera Teatrının qonaq
solisti olub. O, “Romantika romansa” proqramının aparıcısı, “Qolos”, “Odin v
odin”, “Bolşaya opera” layihələrinin iştirakçısı olub.

Mənbə: “Mash” “Telegram” kanalı

Source link