Məşhur rusiyalı müğənni qalmaqallı “çılpaq gecə”dən sonra ilk dəfə ictimaiyyət
qarşısına çıxdı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Məşhur rusiyalı müğənni Lolita Milyavskaya bloqer Anastasiya İvleyevanın
qalmaqallı “çılpaq gecə”sindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Bu barədə “The Voice” “Telegram” kanalında paylaşım edilib.
60 yaşlı Lolita Milyavskaya “MUZ-TV Awards 2024”ün mətbuat üçün təşkil etdiyi
səhər yeməyinin qonağı olub. Aktrisa çiyinləri açıq qara sviter, qızılı
sırğalar və görmə üçün olan qara-qırmızı çərçivəli eynəkdə olub. Müğənni sosial
tədbirə yeni saç düzümü ilə qatılıb.
Xatırladaq ki, Anastasiya İvleyevanın qalmaqallı ziyafət tədbiri 20 dekabr
2023-cü ildə “Mutabor” klubunda baş tutub. Qonaqlar arasında Kseniya Sobçak,
Lolita Milyavskaya, Olqa Orlova, Filipp Kirkorov, Ciqan və Oksana Samoylova,
Dima Bilan kimi ulduzlar da olublar. İctimai qınağa tuş gələn bloqerin özü və
digər sənətçilər açıq-saçıq məclisdə iştirak etdiklərinə görə üzr istəyiblər.