Məşhur rusiyalı sənətçi Lolitaya çılpaq toplantıdan sonra cəza veriləcək:
“Dözməyə çalışacağam…”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Məşhur rusiyalı sənətçi Lolita Milyavskaya, bloqer Anastasiya İvleyevanın
təşkil etdiyi “çılpaq gecədə” iştirakından sonra televiziya verilişlərindən
kənarlaşdırılmasını təbii hal kimi qəbul edib.
Bu barədə o, RBC nəşrinə müsahibəsində danışıb.
“Mən bununla bağlı heç nə edə bilmirəm, sadəcə təbii şəkildə bununla razılaşa
bilərəm. Mən buna görə kədərləndim, təzyiqim də qalxdı. Dözməyə çalışacağam”, –
deyə Milyavskaya bildirib. Məlumata görə, Rusiya telekanalları Lolitanın və
müzakirəsi gedən şənliyin digər iştirakçılarının çıxışlarının efirdən
çıxarılmasını nəzərdən keçirir. Tədbirdən çəkilən foto və videomateriallar
ictimai rezonansa səbəb olub.
Nəşrin həmsöhbətlərindən biri qeyd edib ki, çox güman, üzrxahlıq videosunu
çəkən sənətçilər verilişlərdə arxa planda qalacaqlar, lakin onların səhnədəki
çıxışları həqiqətən sual altındadır.
Xatırladaq ki, dekabrın 21-nə keçən gecə “Mutabor”da televiziya aparıcısı
Anastasiya İvleyeva qonaqlıq təşkil edib və qonaqlara “praktiki olaraq çılpaq”
gəlmələri təklif olunub. İvleyevanın şənliyi internetdə narazılığa səbəb olub.
Dövlət Dumasının deputatı Mariya Butina bildirib ki, yoxlama aparılması və
şənliyə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi, “Roskomnadzor” və
Mədəniyyət Nazirliyinə müraciət edib. Dumanın İnformasiya Siyasəti Komitəsinin
rəhbəri Aleksandr Xinşteyn qeyd edib ki, “Roskomnadzor” İvleyevanın internetdə
yerləşdirdiyi “çılpaq şənliyin” bəzi materiallarında LGBT təbliğatının
əlamətlərini görür. Deputat onu da qeyd edib ki, tənzimləyici artıq bu məzmunda
paylaşımları silməyə və bloklamağa başlayıb.