Sankt-Peterburqda məşhur rusiyalı videobloqer Pavel Makuşinin meyiti tapılıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Ren TV” məlumat yayıb.
Məlumata görə, “YouTube” portalında “Kriptaç” kanalını idarə edən bloqerin meyiti onun Solidarnosti prospektində yerləşən mənzilində aşkarlanıb.
Polis müstəntiqləri Makuşinin intihar etdiyini ehtimal edir. Bloqerin anası oğlunun son vaxtlar külli miqdarda borclarının yığıldığını bildirib.
2018-ci ilin əvvəlində oğrular onun elit kotecinə daxil olaraq, evdə olan seyfindən 25 milyon rubl oğurlamışdı.
Qeyd edək ki, Pavel Makuşin “Kriptaç” kanalında kriptovalyutalar, o cümlədən bitkoin birjalarında pul qazanma yolları haqqında videoçarxlar hazırlayırdı.