Məşhur detektiv Şerlok Holms haqqında çəkilmiş və 2010-ci ildə ekranlara çıxmış serial vaxtilə milyonlarla fanatın qəlbini fəth etmişdi. Serial 4 mövsüm efirdə olmuşdu.
İzləyicilər serialın 5-ci mövsümünü gözləsələr də, istehsalçılar 4-cü mövsümün sonuncu olduğunu deyərək onları qorxutmuşdular. Səbəb isə aktyorların həddindən artıq yüklənməsi və tamaşaçıları bezdirmək ehtimalı idi.
Lakin 2017-ci ildən sürən bu gözləntiyə nəhayət ki son qoyulacaq. Belə ki, yeni ildən bu teleserial bir-birindən maraqlı yeni bölümləri ilə ekranlara gələcək.
BBC-də yayımlanacaq serialın yeni mövsümündə Şerlok Holmsun yaradıcısı Artur Konan Doylun “Mühəndisin barmağı” və “Kürənlər ittifaqı” hekayələri ekranlaşdırılacaq.