Məşhur serialın çəkilişində “cinsi istismar” qalmaqalı

Məşhur serialın çəkilişində “cinsi istismar” qalmaqalı

Baxış sayı: 2. 488 dəfə baxılıb.

Türkiyə “Yasak elma” serialında baş verən cinsi istismar xəbəri ilə çalxalanır.

ÇıxışYolu.Com xəbər verir ki, serialın baş rol aktyorlarından biri olan Talat Bulutun kostyum assistenti Özge Şimşeki dodağından öpməsi qalmaqala səbəb olub.

Belə ki, 19 yaşlı Özgenin iddiasına görə, hadisə ötən cümə axşamı günü baş verib.

“Talat Bulutun qalstukunu düzəldirdim. Mənə “Gəl, arxa tərəfdə düzəldək” dedi və məni dodağımdan öpdü. Hadisənin şoku ilə yerimdə qaldım. Həmin an yanımda heç kim olmasa da, Talatın məni çağırdığını görən şahidlərim var”, – deyə Şimşek bildirib.

Aktyoru məhkəməyə verəcəyini açıqlayan Özge “Maddi və mənəvi təzminat istəmirəm, cəzalanmasını tələbə edəcəm” – deyib.

Hadisədən sonra Özgeyə dəstək duran da olub. 

Belə ki, türkiyəli aktrisa Hande Ataizi Talat Bulutla bənzər bir olay yaşadığını dilə gətirib:

“Qadınlar artıq daha cəsurdur. Mən də 18 il öncə “Melekler evi” serialının çəkilişində belə bir hadisə yaşamışam. Bu qız qorxmayıb, məhkəməyə verəcəyini deyib. Halal olsun!”

Bütün bu ittihamlardan sonra aktyorun vəkili açıqlama verərək Talat Buluta qarşı olan iddiaların əsassız olduğunu deyib.

.
www.ÇıxışYolu.Com