Məşhur siyasətçilərin kobud səhvləri - SİYAHI

Məşhur siyasətçilərin kobud səhvləri – SİYAHI

Baxış sayı: 2. 361 dəfə baxılıb.

“Söz sərçə deyil, uçsa, tuta bilməzsən”. Bu atalar sözünü çıxışları zamanı kobud səhvlərə yol verən siyasətçilər və onların yaxın ətrafı tez-tez xatırlayırlar.

ÇıxışYolu.Com xəbər verir ki, Rusiya KİV karyerasına olmasa da, səlahiyyətlərinə ciddi təsir göstərmiş siyasətçilərin işlətdikləri ifadələri toplayıb:

Barak Obama

Məşhur siyasətçilərin kobud səhvləri - SİYAHI

Nə vaxtsa Obama deyib:

“Mən Paris Hiltondan daha açığam”.

Kimlərsə deyə bilər ki, ancaq böyük insanlar özünü tənqid edə bilər, ancaq siyasətçi davam edir:

“Mən prezidentəm? Axmaqlıqdır. Siz bu məsələni mənim həyat yoldaşımdan soruşun. O, mənə deyib ki, sən heç çirkli corabların öhdəsindən gələ bilmirsən”.

Bu məsələ yerli mediadının diqqətindən yayınmadı. Onları bu sual maraqlandırırdı – Sadə bir işi bacarmayan şəxs dövləti necə idarə edə bilər?

Corc Buş

Məşhur siyasətçilərin kobud səhvləri - SİYAHI

Bu cür uğursuz ifadələr Barak Obamanın sələfi Corc Buşda da olub. 

“Mənim bu barədə öz əqidəm var. Əqidələrim dərindir. Ancaq mən hər zaman onunla razılaşmıram”. 

Bu cümlə prezidentin adekvatlığını şübhə altında qoyub və sadə vətəndaşlar arasında onun populyarlığını azaldıb. Buşun bu kimi ifadələri az olmayıb: 

“Mən fikirləşirəm ki, hamımız keçmişin bitdiyini düşünürük”, “Mən cavan və məsuliyyətsiz olanda cavan və məsuliyyətsiz idim”, “Mən səbrli insanam. Əgər mən deyirəmsə ki, mən səbrli insanam, onda mən səbrli insan olduğumu nəzərdə tuturam”, “NASA hələ də kosmosla maraqlanır”. 

Sabiq qoca prezidenti çox tənqid etmək olmaz, axı o, sadə xalqdan çıxıb. O, özünü müdafiə edərkən bu sözləri deyib:

“Kondaliza Rays mənim kimi sadə texaslı qızdır”.

Ferents Dyurçan 

Məşhur siyasətçilərin kobud səhvləri - SİYAHI

Macarıstanın baş naziri Ferents Dyurçan Macarıstan və Səudiyyə Ərəbistanı arasında 2005-ci ildə baş tutan qarşılaşmanı uğursuz formada şərh edib:

“Bizim futbolçular çox sayda terrorçunun olduğu komandaya qarşı fədakarlıqla vuruşdular”. 

Bu ifadədən sonra iki ölkə arasında diplomatik əlaqələrə mənfi təsir edən qalmaqal başlandı. 

Silvio Berluskoni

Məşhur siyasətçilərin kobud səhvləri - SİYAHI

İtaliyanın baş naziri Silvio Berluskoni 2008-ci ildə keçirdiyi mətbuat konfransında ABŞ prezidenti Barak Obama ilə zarafat etmək qərarına gəlib: 

“O, gənc, gözəl və yaxşı qaralmış oğlandır”. 

Bu irqçi zarafat bir çoxları tərəfindən sərt reaksiya ilə qarşılandı. Baş nazir bu sözlərə görə üzr istəməsə də, hətta ən tolerant təbəqələrin arasında onun nüfuzunu xeyli sarsıtdı.

Coş Ernest 

Məşhur siyasətçilərin kobud səhvləri - SİYAHI

Ağ Evin keçmiş mətbuat katibi Coş Ernest ənənəvi brifinq zamanı Donald Trampla bağlı uğursuz zarafatı ilə yadda qalıb:

“Debatların ilk iki raundunda o, burnunu çəkdi, indi isə digər namizədləri qadağan olunmuş vasitələrdən istifadədə ittiham edir”. 

Bu, Trampın narkotikdən istifadə etdiyinə işarə idi. Təəssüf ki, jurnalistlər Coşun bu zarafatını başa düşmədilər, buna görə o, tezliklə zarafatını açıqlamalı oldu. 

Angela Merkel

Məşhur siyasətçilərin kobud səhvləri - SİYAHI

Almaniya kansleri Angela Merkel Macarıstana qarşı öz mövqeyini açıqladı:

“Ölkəni düzgün relslərə salmaq üçün bütün səylərdən istifadə etməliyik. Ancaq düşünürəm ki, ora dərhal süvari qoşun göndərmək lazım deyil.

Merkelin bu zarafatı sosial-demokratçı Peyer Ştaynbryukun Macarıstanı Avropa Birliyindən çıxarmağın vacibliyi ilə bağlı verdiyi sərt bəyanatı yumşaltmaq məqsədi daşıyırdı. 

Zarafat uğursuz oldu və macar hökuməti Merkelin siyasətini Reyxin siyasəti ilə müqayisə etdi. Bundan sonra ölkələr arasındakı münasibətlər çox gərginləşdi.

Donald Tramp

Məşhur siyasətçilərin kobud səhvləri - SİYAHI

ABŞ prezidenti Donald Tramp belə bir fikir söylədi: 

“30 yaşında nə gözəl görünə bilər? Təyyarə!”

Trampın “Air Force One” ilə bağlı bu fikrinə amerikalı feministlər sərt reaksiya göstərdilər. Onlar hesab etdilər ki, bu, qadınlar üçün təhqirdir və o, üzr istəməlidir. 

Viktor Yuşenko

Məşhur siyasətçilərin kobud səhvləri - SİYAHI

Ukraynanın sabiq prezidenti Viktor Yuşenko “Siz moldovalı kimisiniz” zarafatı Moldova və Ukrayna arasında gərginliyə səbəb oldu. Moldovalılar bu ifadəni hərfi mənada anladılar. Bu uğursuz zarafatına görə Yuşenko üzr istəmədi.

Əli Məmmədov
www.ÇıxışYolu.Com