84887afc-b8a3-4ca4-82b1-41ed42e1eb1c..jpg

Məşhur supermodelə xərçəng diaqnozu qoyulub – FOTO

Baxış sayı: 695 dəfə baxılıb.

Məşhur supermodelə xərçəng diaqnozu qoyulub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyaca məşhur amerikalı supermodel və aktrisa Kristi Brinkliyə dəri xərçəngi
diaqnozu qoyulub.

Bu barədə aktrisa özünün “Instagram” səhifəsində məlumat verib.

Dərisində Bazal Hüceyrəli Karsinoma (bədxassəli xərçəng şişi) aşkar edilən
aktrisa əməliyyat olunub.

Həkimlər qeyd ediblər ki, Bazal Hüceyrəli Karsinoma dəri hüceyrələrindən əmələ
gələn, yavaş böyüyən, amma metastaz əmələ gətirə bilməyən bədxassəli şişdir.

Keçən əsrin 80-ci illərdən filmlərdə epizodik rollar alan Kristi Brinkli
bildirib ki, indi dərisini günəş şüalarından qoruyaraq sağlamlığına daha ciddi
yanaşmalıdır.

Son illər əsasən seriallarda rol alan model, həmçinin pərəstişkarlarına dəri
xərçəngi kimi dəhşətli xəstəliklərin qarşısını almaq üçün günəş kremi və digər
vasitələrdən istifadəyə laqeyd yanaşmamağı tövsiyə edib.

Source link