c50d5fb2-e516-4665-aed8-261785b0b8f5..jpg

Məşhur televiziya kanallarında çalışan türkiyəli aparıcı vəfat etdi – FOTO

Baxış sayı: 351 dəfə baxılıb.

Məşhur televiziya kanallarında çalışan türkiyəli aparıcı vəfat etdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Keçirdiyi yol-nəqliyyat hadisəsindən sonra vəziyyəti pisləşən və reanimasiyaya
yerləşdirilən məşhur türkiyəli aparıcı Metin Uca həyatını itirib.

Bir neçə gün öncə əməliyyat olunan aparıcı ötən gecə vəfat edib.

Bu barədə onun meneceri Kübra Kalem Baykara sosial media hesabında paylaşım
edib.

“Metin Ucamızı itirdik. Qəlbimiz ağrıyır”, – deyə menecer paylaşımda qeyd edib.

Metin Uca 1987-ci ildə “Anadolu” agentliyinə imtahan verdikdən sonra müxbir
kimi fəaliyyətə başlayıb. 1989-cu ildə TRT-yə keçən aparıcı daha sonra “Kanal
D”, “Show TV”, ATV, “Star TV” kimi qurumlarda müxbir və veriliş aparıcısı kimi
çalışıb.

1999-cu ildən sonra “Günaydın Türkiyə” səhər xəbər proqramı və 2002-ci ildə
“Star TV”-də yayımlanmağa başlayan “Passaparola” adlı müsabiqə ilə tanınıb.
Sənətçi, həmçinin təkadamlıq tamaşalarda çıxış edib və səsləndirmə ilə də
məşğul olub. Metin Uca 2010-2011-ci illər arasında “Passaparola” verilişinin
aparıcısı olub.

Mənbə: Haber Global

Source link