d143522d-990e-473e-8d0e-10c0a694d7ec..jpg

Məşhur türk seriallarının aktrisası intihar etdi: Ölümü ilə bağlı sarsıdıcı məqam ortaya çıxdı – FOTO

Baxış sayı: 594 dəfə baxılıb.

Məşhur türk seriallarının aktrisası intihar etdi: Ölümü ilə bağlı sarsıdıcı
məqam ortaya çıxdı – FOTO

Türkiyənin məşhur “Çocuklar duymasın”, “Yalan dünya”, “Sihirli annem”,
“Dolunay”, “Sular durulmuyor”, “Çatı katı” kimi bir çox seriallarında rol alan
Seda Fettahoğlunun ölümündə sarsıdıcı məqam üzə çıxıb.

İstanbul Beyoğlu səmtindəki parkda gəzən şəxs silah səsi eşidib və səs gələn
tərəfə doğru addımlayıb. Başından güllə yarası almış bir qadının otların
üzərində uzandığını görüb. Hadisə yerinə gələn həkimlər qadının öldüyünü
müəyyən ediblər.

Ölən qadının İstanbul Böyükşəhər Bələdiyyəsinin aktrisası Seda Fettahoğlu və
onun intihar etdiyi olduğu üzə çıxıb.

Seda Fəttahoğlunun meyitinin yanında üzərində qeydiyyat sənədi olan silah və
boş patron tapılıb. Çantasında isə antidepressant dərmanı aşkarlanıb.

Məlum olub ki, Seda Fettahoğlu ad günündən bir gün sonra intihar edib. 1979-cu
il sentyabrın 26-da dünyaya gələn aktrisa 44 yaşını qeyd etdikdən sonra
həyatına son verib.

Həmçinin o, bir neçə gün əvvəl sosial şəbəkə hesabında pozitiv foto paylaşıb
və fotosuna “Yaşamı sev, bədənini qoru” şərhini yazıb.

Mənbə: “SABAH”

Source link