eccd4553-02f4-4520-9e43-8ce5dfdfa194.jpg

Məşhur türkiyəli aktrisa dağda yıxıldı

Baxış sayı: 34 dəfə baxılıb.

Məşhur türkiyəli aktrisa Filiz Taçbaş Bingöl-Kığı bölgəsində dağdan enərkən
yıxılıb.

Bu barədə Cixisyolu.com “Habertürk”ə istinadən xəbər verir.

Məlumata görə, “Arka sokaklar”, “Bütün çocuklarım”, “Afacan ateş parçası” və
“Çukur” kimi seriallarda rol alan 60 yaşlı məşhur aktrisanın topuğu iki yerdən
sınıb və əməliyyat edilib.

Taçbaş sosial media hesabında əməliyyatdan sonra səhhəti ilə bağlı video
paylaşıb.

Əməliyyatın çox yaxşı keçdiyini bildirən aktrisa səhiyyə işçilərinə təşəkkür
edib.

“Macəraya olan həvəsim Bingöl-Kığıda yamacdan enərkən ayağımın sürüşməsi və
topuğumun burxulması ilə nəticələndi. Topuğum iki yerdən qırıldı. Bu səbəbdən
mil qoyuldu”, – deyə bildirib.

Məşhur türkiyəli aktrisa dağda yıxıldı
Məşhur türkiyəli aktrisa dağda yıxıldı

Source link