d062c98e-b443-4ed7-9738-8001f8c1f32a..jpg

Məşhur türkiyəli aktrisa qırmızı libasda hamiləlik pozaları verdi: Minlərlə “like” gəldi – FOTO

Baxış sayı: 526 dəfə baxılıb.

Məşhur türkiyəli aktrisa qırmızı libasda hamiləlik pozaları verdi: Minlərlə
“like” gəldi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur türkiyəli aktrisa Burcu Biricik və reklamçı həyat yoldaşı Emre Yetkin 8
Mart – Beynəlxalq Qadınlar Günü çərçivəsində təşkil edilən tədbirə qatılıblar.

Son olaraq “Camdakı kız” serialındakı rolu ilə tanınan aktrisa “Gələcəyin
güclü qadınları” adlı tədbirdə geyindiyi qırmızı libasdakı pozaları ilə diqqət
mərkəzində olub.

Hamilə olan və ilk övladlarının dünyaya gəlməsini gözləyən 34 yaşlı Burcu
Biricik daha sonra qırmızı libasındakı hamiləlik pozalarını sosial şəbəkə
hesabında paylaşıb.

Onun paylaşımına qısa müddətdə təqribən 200 min bəyənmə (“like”) və
izləyicilərindən çoxlu şərh gəlib.

Xatırladaq ki, 2016-cı ildə ailə quran Burcu Biricik və Emre Yetkin cütlüyü
ötən yanvar ayında körpələrinin dünyaya gələcəyini açıqlayıb. Cütlüyün qız
övladının doğulacağı məlum olub.

Mənbə: Milliyet

Source link