Məşhur türkiyəli aktyorun Ancelina Coli ilə oynayacağı filmdən alacağı maaş
məlum oldu
Məşhur türkiyəli aktyor Haluk Bilginer rejissoru Pablo Larrain olan “Mariya”
filmində Ancelina Coli ilə rol alacaq.
Haluk Bilginerin bu filmdən alacağı maaşın məbləği məlum olub.
Ssenarisini Stiven Naytın yazdığı “Mariya” filmi 1970-ci illərdə Mariya
Kallasın Parisdəki həyatından və yaşadığı dərin tənhalıqdan bəhs edəcək.
Haluk Bilginerin Hollivud ulduzu Ancelina Colinin yeni filmində rol alacağı
xəbəri ilə yanaşı filmdən əldə edəcəyi məbləğ də gündəm olub.
Belə ki, Haluk Bilginerin bu rola görə 800 min dollar (22 milyon Türkiyə
lirəsi) alacağı bildirilib. Bundan əlavə, uğurlu aktyor filmin satışından da
faiz payı qazanacaq.
Həmçinin çəkilişlərinə başlanılan “Mariya” filminin çəkiliş meydançasından ilk
kadrları sosial şəbəkədə paylaşılıb. Filmin çəkilişləri səkkiz həftə davam
edəcək və Paris, Yunanıstan, Budapeşt və Milanda aparılacaq.
Mənbə: Haber Global