e0f78477-57f3-4083-85b6-e270f5fdb384..jpg

Məşhur türkiyəli aktyorun barmaqları maşının altında qaldı: Filmin ssenarisi dəyişdirildi – FOTO

Baxış sayı: 727 dəfə baxılıb.

Məşhur türkiyəli aktyorun barmaqları maşının altında qaldı: Filmin ssenarisi
dəyişdirildi – FOTO

Məşhur türkiyəli aktyor Mesut Akustanın barmaqları qırılıb.

Serial çəkilişləri zamanı dişi düşən aktyor həkimə getmək üçün çəkiliş
heyətinin maşınına minib.

Mesut Akusta maşından düşdükdən sonra müvazinətini itirərək yıxılıb. Maşını
idarə edən sürücü isə arxasına baxmadan hərəkət edib və aktyorun barmaqları
təkərlərin altında qalaraq əzilib. Nəticədə onun üç barmağı qırılıb.

Akustaya tibbi yardım göstərilib, barmaqlarına gips qoyulub və o, işinin
başına qayıdıb. Səhhətindəki problemlərə baxmayaraq, işini heç vaxt yarımçıq
qoymayan məşhur aktyora görə serialın ssenarisində dəyişiklik edilib. O,
kiminləsə dava etmiş kimi göstərilib.

Mənbə: Haber Global

Source link