83617dfc-a04f-47cf-bdd0-f7b2f6f2f14d..jpg

Məşhur türkiyəli aparıcı təcili əməliyyat olundu – FOTO

Baxış sayı: 398 dəfə baxılıb.

Məşhur türkiyəli aparıcı təcili əməliyyat olundu – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Günlərdir xəstəxanada müalicə alan türkiyəli teatr aktyoru, yazıçı və məşhur
aparıcı Metin Ucanın səhhəti ilə bağlı yeni açıqlama verilib.

Bu barədə Metin Ucanın meneceri Kübra Kalem Baykara “Instagram” hesabında
paylaşım edib.

“Əziz dostlarımız, sevənlərimiz. Daha əvvəl şad xəbər vermişdim ki, əziz Metin
Ucanın vəziyyəti yaxşılaşır, tezliklə evə buraxılacaq, evdə əlavə müalicələrlə
əvvəlki sağlamlığına qovuşacaq.

Lakin noyabrın 15-də evə buraxılacağı gözlənildiyi halda, o, təcili əməliyyat
edilib. Əməliyyatdan sonra yaranan fəsadlara görə ehtiyat tədbiri olaraq
intubasiya edilib.

Üç gündən sonra qaldığımız yerdən müalicəsinin davamına ümid edirik.

Hörmətli həkimlərimizin, xəstəxana rəhbərliyinin gərgin və fədakar səyləri,
sizin gözəl diləklərinizlə bu çətin prosesin öhdəsindən gələcəyik. Qəlbimiz
onunladır.

Onun həyat fəlsəfəsi “Ümidi itirməmək”dir. Ümidimizi itirməyəcəyik”, – deyə
Kübra Kalem Baykara paylaşımda bildirib.

Qeyd edək ki, ötən günlərdə vəziyyəti pisləşən, qəza keçirdikdən sonra boyun
şah damarlarında tıxanıqlıq aşkarlanan və reanimasiyada müalicəsi davam edən
Metin Uca sosial media hesabından səhhəti ilə bağlı açıqlama vermişdi.

“Salam… Mən tez sağalıram. Bu, əlbəttə ki, köhnə fotodur. Ən qısa zamanda
birlikdə olacağıq, doğum günümü səhnədə birlikdə qeyd edəcəyik. Gözəl doğum
günü mesajlarınıza və xoş diləklərinizə görə çox təşəkkürlər. Sonsuz sevgimlə”,
– deyə o, ümidini itirmədiyini ifadə etmişdi.

Mənbə: Haber Global

Source link