Məşhur türkiyəli müğənni Alişan təcili əməliyyat olundu – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Məşhur türkiyəli müğənni Alişan təcili əməliyyat olunub.
Eskişehirin Sivrihisar rayonunda konsert vermək üçün yola çıxan müğənni
qarnında ağrılar hiss edib və xəstəxanaya aparılıb. Yoxlamalardan sonra ona
kəskin appendisit diaqnozu qoyulub. Dərhal əməliyyata alınan 47 yaşlı Alişanın
səhhəti ilə bağlı həkimi Metin Ertem açıqlama verib.
“Sənətçimiz Alişanı kəskin appendisit diaqnozu ilə əməliyyata aldıq və hər şey
uğurlu keçdi. Vəziyyəti yaxşıdır. Bütün sevənlərinə və Alişana tezliklə
sağalmasını arzulayırıq”, – deyə cərrah qeyd edib.
Alişanın həyat yoldaşı Buse Tektaş müğənninin əməliyyatdan sonrakı
görüntülərini sosial media hesabında “Maşallah” başlığı ilə yayımlayıb.
@oxuaz
Məşhur türkiyəli müğənni Alişan əməliyyat olundu.
♬ оригинальный звук – Cixisyolu.com News
Mənbə: CNN Türk