Məşhur türkiyəli müğənni konsertə gedərkən qəzaya düşdü – FOTO

Baxış sayı: 741 dəfə baxılıb.

Məşhur türkiyəli müğənni konsertə gedərkən qəzaya düşdü – FOTO

Avqustun 11-də Alanya Açıq Hava Teatrında konserti gözlənilən məşhur türkiyəli
müğənni Tan Taşçı qəzaya düşüb.

Müğənninin içində olduğu minik avtomobili Burdurun Bucak rayonunda hərəkətdə
olan yük maşınına arxadan çırpılıb. Yol-nəqliyyat hadisəsi zamanı Tan Taşçı,
onun meneceri Ecmal Kayahan və sürücüsü Mehmet Emre yaralanıblar.

Hadisə yerinə polis və sağlamlıq qrupları cəlb olunub. Yaralılar Bucak Dövlət
Xəstəxanasına aparılıblar. Həkimlər yaralıların səhhətinin yaxşı olduğunu
bildiriblər.

Konsertin ləğv edilib-edilməyəcəyi ilə bağlı açıqlama veriləcəyi bildirilib.

Mənbə: “Sabah”

Source link