163b4beb-f668-4267-9f10-d102ae4f7f37..jpg

Məşhur “Vəhşi mələk” rusiyalı pravoslav fəalları qəzəbləndirdi: Vətəndaşlıqdan çıxarıla bilər – FOTO/VİDEO

Baxış sayı: 576 dəfə baxılıb.

Məşhur “Vəhşi mələk” rusiyalı pravoslav fəalları qəzəbləndirdi: Vətəndaşlıqdan
çıxarıla bilər – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur uruqvaylı aktrisa, müğənni və dizayner, tanınmış “Vəhşi mələk”
serialının ulduzu Nataliya Oreyronun Rusiya vətəndaşlığından məhrum edilməsi
tələb olunub.

Rusiyanın Novosibirsk vilayətindən olan pravoslav fəallar belə bir tələblə Baş
Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət ediblər.

“Vəhşi mələk” serialının ulduzunun Argentinada gey-paradda davranışı pravoslav
fəalları qəzəbləndirib. Belə ki, Nataliya Oreyro paradda sinəsi açıq şəkildə
səhnəyə çıxıb.

Oreyroya qarşı şikayət məktubu “Radatel” Sibir hüquq müdafiəçiləri qrupunun
üzvləri tərəfindən yazılıb. Qrup üzvləri yarıçılpaq Nataşanın sərgüzəştlərini
yaxından izləyiblər. Hətta müraciət müəlliflərindən biri olan İvan Kvasniski
bildirib ki, müğənninin çıxışının mövzusunu başa düşmək üçün altı saat vaxt
sərf edib.

Buenos-Ayresdəki şoudan sonra o, müğənninin bütün davranışlarını, sosial
şəbəkələrdə göy qurşağı ilə bağlı paylaşımlarını, cinsi azlıqlarla əlaqədar
şərhlərini, hətta 2016-cı ildə Moskvada verdiyi konsertdə LGBT bayrağını
qaldırmasını xatırladıb.

İctimai fəalların fikrincə, “Latın Amerikasının əsas gey simvolu”na Rusiya
Federasiyasında yer yoxdur.

Qeyd edək ki, uruqvaylı aktrisa və müğənni Natalya Oreyro 2021-ci ildə Rusiya
pasportu alıb və bu ölkədə hər kəsi çox sevdiyini bəyan edib.

Əgər fəallar Oreyronun vətəndaşlıqdan məhrum edilməsinə nail ola bilməsələr, o
zaman aktrisanın ən azı “Qeyri-ənənəvi cinsi münasibətlərin təbliği” maddəsi
ilə inzibati məsuliyyətə cəlb edilməsində israr edəcəklər.

Mənbə: “SHOT” “Telegram”


Source link