d795f78f-8daf-4d82-99de-eb3111e09706..jpg

Məşhurlar 8 Martda hansı hədiyyələrı aldılar?

Baxış sayı: 840 dəfə baxılıb.

Məşhurlar 8 Martda hansı hədiyyələrı aldılar?

Məşhurlar 8 Martda hansı hədiyyələri aldılar?

Cixisyolu.com məşhur sənətçilər arasında 8 Mart – Beynəlxalq Qadınlar Günündə
aldıqları hədiyyələrlə bağlı sorğu keçirib. Sorğumuzda iştirak edən xanımlar
bunları deyib.

Xalq artisti Məleykə Əsədova bildirib ki, ən gözəl hədiyyəni qızından alıb.
Ancaq hədiyyənin nə olduğunu aktrisa açıqlamayıb.

Əməkdar artist Nigar Şabanova qızıl dəsti və çiçəyin bayramda aldığı ən gözəl
hədiyyə olduğunu deyib. Hədiyyəni verənin kimliyinə gəlincə isə, müğənni sadəcə
“Ən yaxın insanımdan” cavabını verməklə kifayətlənib.

Müğənni Sevda Yahyayeva bayramda çoxlu hədiyyə aldığını qeyd edib:

“Dostlardan, tanışlardan çoxlu hədiyyə aldım. Ancaq təbii ki, ən gözəl
hədiyyəni həyat yoldaşım etdi. Əslində, mənim üçün indi ilin hər günü
bayramdır, çünki balam mənim ən gözəl hədiyyəmdir”.

Əməkdar artist Nahidə Orucova qızının və kürəkəninin hədiyyəsinə daha çox
sevindiyini deyib. Belə ki, aktrisanın qızı ona ev pijaması alıb.

Xalq artisti Gülyaz Məmmədova ən çox xoşuna gələn hədiyyəni oğlundan aldığını
deyib.

“Ən gözəl hədiyyəni oğlumdan aldım. Həmişə olduğu, kimi ilk o, məni təbrik
edir. Özüm kimidir, həmişə maraqlı və fərqli nəsə edir”.

Xalq artisti Naibə Allahverdiyeva ürəkdən edilən jestlərin onun üçün
əhəmiyyətli olduğunu qeyd edərək, konkret ad çəkməsə də, dostlarının
hədiyyələrini bəyəndiyini deyib.

Xalq artisti Aygün Bayramova gülləri çox sevdiyini və bayramda ən gözəl
hədiyyənin gül dəstəsi olduğunu vurğulayıb. “Gülləri sizə həyat yoldaşınız
almışdı?”, – sualına isə xanəndə gülümsəməklə cavab verib.

Aytac Qasımova

Source link