Məşhurlar “Zəfərə doğru” deyib birləşdilər – FOTO

Məşhurlar “Zəfərə doğru” deyib birləşdilər – FOTO

Baxış sayı: 2. 327 dəfə baxılıb.

Bakıda “Zəfərə doğru” mahnının klip çəkilişi olub.

ÇıxışYolu.Com xəbər verir ki, klipdə xalq artistləri, müğənnilər, aparıcılar, bəstəkarlar, aktyorlar və “Eurovision” iştirakçıları, “ASAN” və “Formula 1” könüllüləri yer alıblar.

Klipdə eyni zamanda prezident İlham Əliyevin 88 yaşlı biologiya müəlliməsi Kazımova Emma Əlihəsən qızı da çəkilib.

Türkiyədə yaşayan balaban ifaçısı Əlixan Səmədov da çəkiliş üçün qardaş ölkədən Bakıya gəlib. Ekran işində incəsənət nümayəndələri ilə yanaşı idmançılar Namiq Abdullayev, Zemfira Mehdəvətdinova, Fərid Mansurov, Toğrul Əsgərov, Olimpiya çempionlarımız rol alıblar.

Ekran işinin çəkilişi AzTV-yə məxsusdur. Klipin rejissoru Etibar Babayevdir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin iştirakı ilə aparılan çəkiliş İçərişəhərdə baş tutub.

Qeyd edək ki, mahnının sözləri Cəlal Qurbanova, musiqisi Eldar Mansurova məxsusdur.

.
www.ÇıxışYolu.Com