Məşqçilər səfər qolu qaydasının dəyişdirilməsini istəyir

Baxış sayı: 2. 498 dəfə baxılıb.

Məşqçilər səfər qolu qaydasının dəyişdirilməsini istəyir

UEFA-nın bayrağı altında keçirilən yarışlarda səfər qolu üstünlüyü aradan qaldırıla bilər.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə UEFA-da Yarışların Təşkili üzrə direktoru Corco Marketti İsveçrənin Nyon şəhərindəki forumdan sonra açıqlama verib.

O bildirib ki, forumda iştirak edən tanınmış məşqçilər bu qaydanın dəyişdirilməsi tələbi ilə çıxış ediblər. 

Qeyd edək ki, hazırkı qaydalara əsasən, ev və səfər oyunlarındakı topların nisbəti bərabər olduqda, rəqib meydanında daha çox qol vuran komanda cütün qalibi sayılır. Bu qayda dəmir pul atılması və ya neytral meydanda daha bir oyun keçirilməsinə alternativ olaraq, ilk dəfə 1965-ci ildə tətbiq olunub. 

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com