İran Prezidenti Məsud Pezeşkian BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəfləri Konfransının Bakıda keçiriləcək 29-cu Sessiyasında
(COP29) iştirak edəcək.
APA-nın əldə etdiyi məlumata görə, İran nümayəndə heyətinə Prezident Məsud
Pezeşkian rəhbərlik edəcək.
İranın Azərbaycandakı səfirliyindən məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, COP29 noyabrın 11-dən 22-dək keçiriləcək.