0c899f29-aa7c-4020-93f8-d5f5642befa4..jpg

Mətanət Əliverdiyeva: “Ağakərimin görüntüləri mənə atamı xatırlatdı” – VİDEO

Baxış sayı: 555 dəfə baxılıb.

Mətanət Əliverdiyeva: “Ağakərimin görüntüləri mənə atamı xatırlatdı” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uzun müddətdir yataq xəstəsi olan meyxanaçı Ağakərimin (Kərim Novruzov) oğlu
Kamil Kərimoğlu ”Xəzər axşamı” verilişində qonaq olub.

Cixisyolu.com xəbər verir ki, proqram zamanı meyxanaçının 2019-cu ildə övladının
toyundakı görüntüləri nümayiş olunub.

Həmin kadrları izləyən aparıcı Mətanət Əliverdiyeva göz yaşlarını saxlaya
bilməyib. O, atasının da insult keçirdiyini bildirib:

“Həmişə deyirəm ki, insan yaşlananda və xəstələnəndə uşaq kimi olur. Bu
görüntü mənə öz atamı xatırlatdı. O vaxtkı kasetləri izləyəndə görürəm ki,
atamı məclisə çox çətin halda gətirmişdilər. O da beyin iflici olmuşdu. Bu
görüntülər mənə çox pis təsir etdi. Adam bunları izləyəndə bilmir ki, nə ifadə
etsin”.

Qeyd edək ki, Ağakərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə
xəstəxanaya yerləşdirilmişdi. Sənətçi üç dəfə insult keçirib.


Source link