950dfa43-6f82-4745-9ff2-028ff37966f3..jpg

Mətanət Əsədova aparıcıya əsəbiləşdi: “Mən onunla eyni dərəcədəyəm ki, belə sual verirsən?”

Baxış sayı: 489 dəfə baxılıb.

Mətanət Əsədova aparıcıya əsəbiləşdi: “Mən onunla eyni dərəcədəyəm ki, belə
sual verirsən?”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sosial şəbəkələrdə olan müğənnilər üçün elə orada da kanal yaradılsın. Onlar
yalnız orada çıxış etsinlər. Bu cür müğənnilərin efirdə nə işi var? Bunları
aparıcılar efirlərə gətirib-çıxarıb, sonra da qoyublar dağ başına. Gəlirəm
onların olduğu verilişə, aparıcı başlayır onlardan mənə sual verməyə. Sənin nə
ixtiyarın var onlardan mənə sual verirsən? Kimsən axı sən? Mən onunla eyni
dərəcədəyəm ki, onunla bağlı mənə sual verirsən?”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova deyib. İfaçı
aparıcıların ona ünvanlandığı bəzi suallara əsəbiləşdiyini bildirib:

“Aparıcılar, dünən küçədən keçən bir oxuyan haqqında mənə sual verirsiniz. O
sənin günahındır ki, sosial şəbəkələrdə məşhurlaşan müğənniləri efirə çıxardıb
onları işıqlandırırsan. Bu mənim yox, sənin kanalının rəhbərinin günahıdır.
Şəxsən mən o aparıcılara bu icazə və ixtiyarı verməmişəm ki, hər yoldan keçən
barəsində sual versinlər. Buradan da deyirəm ki, həmin aparıcılar mənə həmin
müğənnilərdən sual versələr, onlara ağzıma gələni deyəcəyəm. Verməyin!

Mən bu kimi şeylərdən qıcıqlanan insan deyiləm. Axı niyə gül kimi vaxtımı
onlara sərf etməliyəm? Kimdirlər onlar? O aparıcılar belə suallar verirlər ki,
verilişləri reytinqli olsun. Sual verəcəklər, paylarını da alacaqlar. Bunu mənə
etmək olmaz. O aparıcılara da əvvəlcədən xəbərdarlıq etmişəm ki, mənim səbr
kasamı daşırmayın”.

M.Əsədova aparıcıların həmin müğənniləri pul müqabilində efirə çıxardıqlarını
əlavə edib:

“Efirlərdən qətiyyən razı deyiləm. Televiziyalarda belə bir qayda çıxıb
“paketlə müğənni”. Paketlə nə zamandan müğənni olublar? Paketlə pul ödəyirlər,
efirlərə çıxırlar. Aparıcını rəhbərlər “paket”lə qoyublar işə? Rəhbər sənə maaş
verir. Aparıcı “paket” qoyub, yoldan keçəni efirə qonaq çağırır. Yığışdırın
bunları. Ödənişlə efirə çıxan müğənniləri qəti şəkildə qəbul etmirəm”.

Source link