Mətanət Əsədova: “Bacım gəlin gedəndə fikirdən sarılıq olmuşdum”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Müğənni Mətanət Əsədova verilişlərin birinə qonaq olub.
Axşam.az xəbər verir ki, proqram zamanı verilişə sənətçinin bacısı Səfayə
xanım zəng edib. Müğənni onunla bağlı maraqlı məqamlara toxunub:
“Ən böyük bacım Səfayə xanım beş yaşım olanda ailə qurub. O, gəlin gedəndə mən
fikirdən sarılıq olmuşdum. Elə bilmişəm ki, anam odur. Bizim çox qayğımıza
qalıb. Rayonda yaşayırdıq, şəhərdən də həkimlər gəldi, amma məni sağalda
bilmədilər. Toydan üç gün sonra bacımın yanına getmişəm, onu qucaqlayıb,
qoxulamışam və sağalmışam. Uşaq vaxtımdan mən belə həssasam, fikir edirəm”.