Mətanət Əsədova: “Üzümə gülüb can-can deyir, amma məni toylardan “vurdurur”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Elə bir dövrdə yaşayırıq ki, feyk səhifələrdən yazanları 5 dəqiqə içində
hüquq-mühafizə orqanları tapırlar. Bir müğənni var, məni görəndə üzümə gülüb
can-can edir, amma sosial şəbəkələrdə pulnan adam tutub məni söydürür”.
Lent.az-ın xəbərinə görə, bu fikirləri “Kanal S”də yayımlanan verilişlərdən
birində müğənni Mətanət Əsədova səsləndirib.
“Bunları kim edirsə, o şəxsi tanıyıram. Sənət cameəsindəndir. Məni toylardan
“vurdurur”. Üzümə gülüb can-can deyir. Amma bilmir ki, mənə etdiklərinin
hamısını bilirəm. Mən hər şey çox gözəl bilirəm”, – o bildirib.
Müğənni ona saxta profillərdən təhqir yazanlara xəbərdarlıq edərək, belə iş
görənlərin cəzasız qalmadığını vurğulayıb.
“Bu hadisə çoxdan olub. O şəxs uşaq idi. 19-20 yaşı vardı. Onun üzünə baxanda
əxlaqdan və tərbiyədən başqa nə desən vardı. O haqqımda sosial şəbəkələrdən
paylaşımlar edərək şərh bölməsinə “Mən Mətanəti tanıyıram. Mən Mətanətin
filankəsini tanıyıram…”. Söyüşün biri bir qəpik. Necə təhqirlər yazmışdı. Ona
10 dəqiqə vaxtımı ayırdım. Hüquq-mühafizə orqanları onu tapdılar. 6 ay həbsdə
yatdı. Bunu ona etdirən adamın adını da çəkdi. Öz sənət yoldaşım imiş”, – deyə
əlavə edib.