Açıq-saçıq geyinmək olar, amma gərək kənardan şit görünməsin. Əndazəni aşmaq olmaz!
Bu sözləri Əməkdar artist Mətanət İsgəndərli ÇıxışYolu.Com-ın əməkdaşı ilə söhbətində dilə gətirib.
O, açıq-saçıq geyim mövzusunda qızı Ülkəri nümunə göstərib:
“Mənim qızım qısa da geyinir, şort da. Hərdən mənə deyir ki, “Ana, bu şəkildə şortdayam, “Instagram”da paylaşma. O cür müasir qız Azərbaycanı fikirləşir. Bunu görüb, söylədim ki, “Halal olsun sənə, Ülkər!”
Əməkdar artist açıq-saçıq libaslar geyinən gənc həmkarlarına əsəbiləşib, onları yıxıb-sürüyüb:
“Hər ölkənin öz adəti və mili-mənəvi dəyərləri var. Bəzi müğənnilər var ki, açıq-saçıq geyinsələr də, onların üzərində bu geyimlər vulqar görünmür. Amma elələri də var, o qədər açıq geyinirlər ki, kənardan iyrənc görünür. Adam baxmaq belə istəmir. Ümumiyyətlə, qadına nifrət edirsən.
Mənim atam o dövrün kişilərindən olub. O deyirdi ki, “Necə geyinirsiniz-geyinin, amma əxlaqınız yerində olsun”.
İnsanın geyimi onun əxlaqından xəbər verir. Açıq-saçıq geyimlər geyinən müğənnilər heç vaxt əxlaq nümunəsi ola bilməz.
Bizim müğənnilərimiz baxırlar Avropaya, başlayırlar onlar kimi geyinməyə. Avropa ifaçıları lüt şəkillər çəkdirsələr də, onlarda bu qəbul olunur və cəmiyyət tərəfindən normal qarşılanır. Amma bizdə elə deyil.
Bizim kitabımız Qurandır. Müsəlman ölkəsində yaşayırıq. Quranda yazılana görə qadın qapalı geyinməlidir. Bunlara da əməl etmək lazımıdır. Müasir görünmək istəyirsənsə, normal geyinməlisən. Şit, vulqar, geyinmək duzgün deyil”.
Rəşad Əliyev