Mətbuat Şurasının seçkilərlə bağlı yaratdığı “qaynar xətt” fəaliyyətini başa
vurub – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Mətbuat Şurasının 7 fevral Prezident seçkiləri ilə bağlı yaratdığı “qaynar
xətt” rejimi fəaliyyətini başa vurub.
Şuradan Cixisyolu.com-a verilən xəbərə görə, gün ərzində səsvermə prosesini
işıqlandıran media vasitələrinin təmsilçilərindən MŞ-nin bu rejimdə işləmiş
(012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələrinə
cəmi bir müraciət daxil olub. Həmin müraciət üzrə müəyyənləşdirilib ki, xarici
media vasitəsi ölkəmizdə akkreditasiyadan keçmədiyindən, onun seçkini
işıqlandırması qeyri-mümkündür. Bununla əlaqədar müraciət müəllifi
məlumatlandırılıb, ona qanunvericiliyin tələbləri izah edilib. Qeyd edək ki,
“qaynar xətt” rejimi səsvermənin başlandığı 08.00-dan, başa çatdığı 19.00-dək
jurnalistlərin ixtiyarında olub.
Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan
keçmiş üzvləri də paytaxtdakı və bölgələrdəki seçki məntəqələrində
jurnalistlərə prosesi işıqlandırmaları üçün yaradılmış şəraiti müşahidə
ediblər. MŞ sədri Rəşad Məcid və Şuranın İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə
35 saylı Xətai Üçüncü Seçki Dairəsinin 5, 6, 7, 9, 10 və 32 saylı
məntəqələrində, MŞ sədrinin müavinlərindən Səadət Məmmədova 21 saylı
Nəsimi-Binəqədi Seçki Dairəsinin 37 saylı məntəqəsində, Vüqar Zifəroğlu 22
saylı Nəsimi-Yasamal Seçki Dairəsinin 29 saylı seçki məntəqəsində, MŞ İdarə
Heyətinin üzvlərindən Əflatun Amaşov 21 saylı Nəsimi Birinci Seçki Dairəsinin
17 saylı seçki məntəqəsində, Rauf Arifoğlu 35 saylı Xətai Üçüncü Seçki
Dairəsinin 10 saylı məntəqəsində, Umud Rəhimoğlu 124 saylı
Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 və 107 saylı məntəqələrində,
Akif Aşırlı Yasamal Birinci Seçki Dairəsindəki 28, 29 və 30 saylı seçki
məntəqələrində, Ceyhun Musaoğlu həmin seçki dairəsinin 105 saylı məntəqəsində,
122 saylı Xankəndi Seçki Dairəsinin 14 saylı məntəqəsində, Müşfiq Ələsgərli 7
saylı Səbail Seçki Dairəsinin 23 saylı məntəqəsində, Azər Həsrət 18 saylı
Nərimanov-Nizami-Binəqədi Seçki Dairəsinin 28, 29, 31 və 32 saylı seçki
məntəqələrində, Aqil Ələsgər 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 37 saylı
məntəqəsində, Hacıbəy Heydərli 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 16
saylı məntəqəsində, Aydın Quliyev 22 saylı Yasamal Seçki Dairəsinin 30, 31 və
35 saylı seçki məntəqələrində, Qulu Məhərrəmli həmin dairənin 5 və 6 saylı
məntəqələrində, Yadigar Məmmədli 7 saylı Səbail Seçki Dairəsinin 11, 12, 13, 14
və 15 saylı məntəqələrində, Bəhruz Məmmədzadə 48 saylı Abşeron Seçki Dairəsinin
müxtəlif məntəqələrində, Şuranın Nəzarət-Təftiş Komissiyasının sədri Rey
Kərimoğlu 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 və 107
saylı məntəqələrində olublar. Onlar jurnalistlərin sərbəst şəkildə peşə
fəaliyyətlərini yerinə yetirdiklərini qeydə alıb, mövcud istiqamətdə heç bir
problem aşkarlamayıblar.
17:27
Saat 16:00-dək səsvermə prosesini işıqlandıran media vasitələrinin
təmsilçilərindən Mətbuat Şurasının telefon nömrələrinə cəmi bir müraciət daxil
olub. Həmin müraciət üzrə müəyyənləşdirilib ki, xarici media vasitəsi ölkəmizdə
akkreditasiyadan keçmədiyindən, onun seçkini işıqlandırması mümkünsüz hesab
edilib. Bununla əlaqədar müraciət müəllifi məlumatlandırılıb, ona
qanunvericiliyin tələbləri izah olunub.
Cixisyolu.com xəbər verir ki, bu barədə Mətbuat Şurası məlumat yayıb.
Bildirilib ki, Mətbuat Şurasının “qaynar xətt” rejimində fəaliyyət göstərən
(012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri saat
08:00-dan başlayaraq jurnalistlərin ixtiyarındadır.
Qeyd edək ki, “qaynar xətt” rejimində fəaliyyət göstərən telefon nömrələrinə
daxil olan müraciətlərin araşdırılması üçün Mətbuat Şurası Mərkəzi Seçki
Komissiyası və digər əlaqədar qurumlarla daimi əlaqədə olacaq və peşə
vəzifəsini yerinə yetirən jurnalistlərin tam sərbəst şəkildə fəaliyyət
göstərmələri üçün bütün tədbirlər görüləcək.
Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan
keçmiş üzvləri də paytaxtdakı və bölgələrdəki seçki məntəqələrində
jurnalistlərə prosesi işıqlandırmaları üçün yaradılmış şəraiti müşahidə
ediblər. Şuranın sədri Rəşad Məcid və İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə 35
saylı Xətai Üçüncü Seçki Dairəsinin 5, 6, 7, 9, 10 və 32 saylı məntəqələrində,
müavinlərdən Səadət Məmmədova 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsinin 37
saylı məntəqəsində, Vüqar Zifəroğlu 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsinin 29
saylı seçki məntəqəsində, İdarə Heyətinin üzvlərindən Əflatun Amaşov 21 saylı
Nəsimi Birinci Seçki Dairəsinin 17 saylı seçki məntəqəsində, Rauf Arifoğlu 35
saylı Xətai Üçüncü Seçki Dairəsinin 10 saylı məntəqəsində, Umud Rəhimoğlu 124
saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 və 107 saylı
məntəqələrində, Ceyhun Musaoğlu həmin seçki dairəsinin 105 saylı məntəqəsində,
122 saylı Xankəndi Seçki Dairəsinin 14 saylı məntəqəsində, Müşfiq Ələsgərli 7
saylı Səbail Seçki Dairəsinin 23 saylı məntəqəsində, Azər Həsrət 18 saylı
Nərimanov-Nizami-Binəqədi Seçki Dairəsinin 28, 29, 31 və 32 saylı seçki
məntəqələrində, Aqil Ələsgər 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 37 saylı
məntəqəsində, Hacıbəy Heydərli 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 16
saylı məntəqəsində, Aydın Quliyev 22 saylı Yasamal Seçki Dairəsinin 30, 31 və
35 saylı seçki məntəqələrində, Qulu Məhərrəmli həmin dairənin 5 və 6 saylı
məntəqələrində, Yadigar Məmmədli 7 saylı Səbail Seçki Dairəsinin 11, 12, 13, 14
və 15 saylı məntəqələrində, Bəhruz Məmmədzadə 48 saylı Abşeron Seçki Dairəsinin
müxtəlif məntəqələrində, Şuranın Nəzarət-Təftiş Komissiyasının sədri Rey
Kərimoğlu 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 və 107
saylı məntəqələrində olublar. Onlar jurnalistlərin sərbəst şəkildə peşə
fəaliyyətlərini yerinə yetirdiklərini qeydə alıb, heç bir problem
aşkarlamayıblar.
Mətbuat Şurası gün ərzində “qaynar xətt”in fəaliyyəti və Şuranın İdarə
Heyətinin üzvlərinin müşahidələri ilə bağlı əlavə məlumat verəcək.
12:56
Saat 12:00-dək səsvermə prosesini işıqlandıran media vasitələrinin
təmsilçilərindən Mətbuat Şurasının (MŞ) telefon nömrələrinə hər hansı zəng
daxil olmayıb.
Cixisyolu.com xəbər verir ki, bu barədə Mətbuat Şurası məlumat yayıb.
Bildirilib ki, Mətbuat Şurasının “qaynar xətt” rejimində fəaliyyət göstərən
(012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri saat
08:00-dan başlayaraq jurnalistlərin ixtiyarındadır.
Qeyd edək ki, “qaynar xətt” rejimində fəaliyyət göstərən telefon nömrələrinə
daxil olan müraciətlərin araşdırılması üçün Mətbuat Şurası Mərkəzi Seçki
Komissiyası və digər əlaqədar qurumlarla daimi əlaqədə olacaq və peşə
vəzifəsini yerinə yetirən jurnalistlərin tam sərbəst şəkildə fəaliyyət
göstərmələri üçün bütün tədbirlər görüləcək.
Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan
keçmiş üzvləri də paytaxt və bölgələrdəki seçki məntəqələrində jurnalistlərə
prosesi işıqlandırmaları üçün yaradılmış şəraiti müşahidə ediblər. MŞ sədri
Rəşad Məcid və Şuranın idarə heyətinin üzvü Vüqar Rəhimzadə 35 saylı Xətai
üçüncü seçki dairəsinin 5, 6, 7, 9, 10 və 32 saylı məntəqələrində, MŞ idarə
heyətinin üzvlərindən Əflatun Amaşov 21 saylı Nəsimi birinci seçki dairəsinin
17 saylı seçki məntəqəsində, Rauf Arifoğlu 35 saylı Xətai üçüncü seçki
dairəsinin 10 saylı məntəqəsində, Umud Rəhimoğlu 124 saylı
Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 və 107 saylı məntəqələrində,
Ceyhun Musaoğlu həmin seçki dairəsinin 105 saylı məntəqəsində, Müşfiq Ələsgərli
7 saylı Səbail seçki dairəsinin 23 saylı məntəqəsində, Azər Həsrət 18 saylı
Nərimanov-Nizami-Binəqədi seçki dairəsinin 29 saylı seçki məntəqəsində, Aqil
Ələsgər 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 37 saylı məntəqəsində, Hacıbəy
Heydərli 8 saylı Binəqədi birinci seçki dairəsinin 16 saylı məntəqəsində,
Şuranın nəzarət-təftiş komissiyasının sədri Rey Kərimoğlu 124 saylı
Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 və 107 saylı məntəqələrində
olublar. Onlar jurnalistlərin sərbəst şəkildə peşə fəaliyyətlərini yerinə
yetirdiyini qeydə alıb, heç bir problem aşkarlamayıblar.
Mətbuat Şurası gün ərzində “qaynar xətt”in fəaliyyəti və Şuranın idarə
heyətinin üzvlərinin müşahidələri ilə bağlı əlavə məlumat verəcək.